“Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən dövlətlərin nümayəndələri üçün mədəni proqram təşkil olunub.
Teleqraf.com xəbər verir ki, Azərbaycana müxtəlif ölkələrdən gələn hərbi dənizçilər proqram çərçivəsində Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.
Bakının gözəlliyi, müasir tikililər və aparılan quruculuq işləri qonaqlarda xoş təəssüratlar oyadıb.