5 Avqust 2019 13:35
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell” şirkəti “Rəqəmsal Dünya bölgələrdə” layihəsinə həsr olunmuş mətbuat konfransı keçirib.

Teleqraf.con xəbər verir ki, tədbirdə çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev bu layihənin internetsiz, daimi bağlantısız ərsəyə gəlməsinin mümkünsüz olmadığını bildirib.

“Biz respublikamızın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək sürətli internet sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək üçün ölkə boyu 4G şəbəkəsini gücləndirdik və genişləndirdik. Təkcə son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırdıq. Bu müddətdə 1007 LTE stansiyası qurduq. Ümumi stansiyalarımızın sayı isə 7000-i ötüb”, - V.Mürsəliyev deyib.

Layihə haqda danışan “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri Krasimir Genov qeyd edib ki, layihə çərçivəsində texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə etməklə xidmətləri əlçatan etmək mümkündür.

“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya çıxışı zamanı layihənin sosial tərəfindən danışıb.

Şöbə rəhbəri vurğulayıb ki, “Azercell”-in “Mobil Göz” və “Mobil Diş” klinikaları “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində səfərlərə qoşularaq, “Xəzər Qayğıkeşlik” İctimai Birliyinin həkimləri ilə regionlarda yerləşən internat məktəbləri və uşaq evlərinin kiçik sakinləri üçün təmənnasız müayinə və müalicə təşkil edir. Bundan əlavə, “Azercell” tərəfindən uşaqlara hədiyyə olaraq məktəb çantası, məktəb ləvazimatları və digər hədiyyələr də paylanılır.

Naxçıvan şəhərindən başlayan, Şərur, Ordubad, Quba, Xaçmaz və Qusarda baş tutan bu layihədə “Azercell” Azərbaycanın 30-a yaxın şəhər və rayonuna səfər etməyi planlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər