13 Sentyabr 2014 23:58
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəxtiyar Arzumanovun Suriyada öldürülməsi barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar doğru deyil".

Bunu virtualaz.org saytına açıqlamasında Suriyadakı döyüşlərdə həlak olması xəbəri yayılan pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun yaxınları deyiblər.

Çempionun yaxınları bildiriblər ki, Suriyadakı vəhhabilərin yaydığı videogörüntülərdə başqa adamın meyiti nümayiş etdirilir.

"Meyiti nümayiş etdirilən həmin şəxs də Qusar rayonundandır. Amma bu, Bəxtiyar Arzumanov deyil. Onu Bəxtiyarla səhv salırlar. Bəxtiyar Suriyadan qayıdıb və Rusiyaya gedib. O, sağdır" - deyə çempionun yaxınları bildiriblər.

16:20

Pankration üzrə Azərbaycan və dünya çempionu, MMA və M1 üzrə universal döyüşçü Bəxtiyar Arzumanovun Suriyadakı döyüşlərdə həlak olmağı haqda xəbər yayılıb.

Bu haqda Dağıstan mətbuatı məlumat yayıb. Məlumatda Bəxtiyar Arzumanovun Suriyada hökumət əleyhinə döyüşən müxalif hərbi birləşmələrin tərkibinə qatıldığı iddia olunur. Amma onun Suriyaya nə vaxt getdiyi açıqlanmır.

Dağıstandakı mənbələr Youtube-da da bu haqda məlumat paylaşıblar.

Bəxtiyar Arzumanov 1984-cü ildə Qusar rayonunda anadan olub. Milliyyətcə ləzgidir. 1998-ci ildə əlbəyaxa və sambo üzrə çempion olub. 17 yaşında sambo üzrə idman ustası olub. Professional rinqdə keçirdiyi 8 döyüşün 6-da qələbə qazanmış, 2-də isə məğlub olmuşdu.

Bəxtiyar Arzumanov daha çox keçirdiyi döyüşlərdən birindəki alicənab hərəkətinə görə “xeyirxah ləzgi” adı ilə tanınırdı.


Müəllif:

Oxşar xəbərlər