Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.
Qeyd edilir ki, məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almaq eləcə də ehtiyatlı olmaq tövsiyə edilir.