8 Sentyabr 2019 13:26
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gender Bərabərliyi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Zorakılıqdan azad həyata” adlı layihəsinin icrası çərçivəsində Bərdə rayonunda tədbirlər həyata keçirilib.

Bərdə rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayonun Əsman İsmayılov adına Mirzəlibəyli kənd orta məktəbində növbəti görüş keçirilib.

Tədbirdə məişət zorakılığı barəsində qanunvericilik və onun vətəndaşlara verdiyi imkanlar, bu sahədə beynəlxalq hüquqi aktlar və məişət zorakılığının qarşısıının alınması üzrə tətbiq edilən qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi üzrə mexanizmlər barəsində iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə vətəndaş cəmiyyətinin fəalları və rayon sakinləri iştirak ediblər.

Məişət zorakılığının qarşısının alınması üzrə dövlətin vətəndaş qarşısında mövcud öhdəlikləri vətəndaş cəmiyyətinin fəalları ilə aparılan ictimai müzakirələrin əsasını təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər