10 Sentyabr 2019 10:33
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokurorun birinci müavini Rüstəm Usubov Cəlilabad və Neftçala rayon sakinlərini qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il sentyabrın 13-də saat 10:00-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad və Neftçala rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Cəlilabad rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər