17 Sentyabr 2019 13:35
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qanunla nəzarət edə bilmədiyimiz ayrı şəbəkə-internet var. İntenetdəki zərərli informasiyalar uşaqların psixikasına pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunun Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Rafael Hüseynov deyib.

O qeyd edib ki, intenet vasitəsilə cəmiyyətə böyük faydalar vermək olar: “Digər tərəfdən onun təhlükəsi də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanizmləri olsun. Amma nəzarət mexanizmləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”.


Müəllif: Teleqraf.com