Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Seymur Quliyev Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Unikal.org-a Şabran rayon Dövlət Yol Polisi Şöbəsindən məlumat verilib.
Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.