18 Sentyabr 2019 18:15
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məşhur dönərxanalardan birində baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında Bakıda yerləşən "Bir-iki dönər" adlı ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək".

AQTA vətəndaşlardan xahiş edir ki, onlarda istehlak etdikləri qida məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şübhə yaranarsa, bununla bağlı Agentliyin 1003 Çağrı Mərkəzinə məlumat versinlər.

Xatırladaq ki, sosial şəbəkələrdə adıçəkilən dönərxanada 2 nəfərin zəhərlənməsi il bağlı məlumat yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər