Mən həmişə söz azadlığının tərəfində olmuşam və olacağam. İnternet də təbii ki, azadlıq məkanıdır. Təxminən 20 il bundan öncə biz bu söhbətləri apara bilməzdik. İstəsək də, istəməsək də internetin əhatə dairəsi genişlənib və deyirlər ki, 30-40 ildən sonra biz hamımız orada yaşayacağıq.
Bunu xalq yazıçısı Çingiz Abdullayev Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxışında deyib.
“Bu zalda bir nəfər durub söyüş söysə, biz ona necə baxacağıq? Ən azından onu bu zaldan çıxaracağıq. İnternetdə söyüş söyənlər fikirləşmir ki, İnstaqram, Feysbuk, Tvitter, Teleqram açıq məkandır? Bunu sənin ailən, xanımın, uşaqların oxuyur. Atasının söyüşlərdən istifadə etdiyini bilən uşaq hansı əxlaqla böyüyəcək? Əgər sən çıxıb küçədə söyüş söysən, deyəcəklər ki, bu, xuliqanlıqdır. Amma internetdə baş verəndə deyirlər ki, söz azadlığıdır. Xeyr, bu, söz azadlığı deyil. Hər istədiyini etmək azadlıq deyil. Əsl azadlıq istəmədiyin halda səni məcbur etdikləri şeyləri etməməkdir. Nə gəldi danışmaq dəlilikdir. Xahiş edirik ki, söyüş, təhqir yazanlara senzura qoyulsun”.
***
İnanıram ki, burada verilən tərbiyədən sonra sosial şəbəkələrdə Azərbaycanın ləyaqətini anlamayan adamlar bizi yaxşı başa düşəcək.
Bunu BDU-nun Jurnalistika fakültəsinin “Jurnalistika nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, professor Cahangir Məmmədli Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxışında deyib.
“Ədəbiyyata bağlı xalqın bəzi ünsürləri niyə sosial şəbəkələrdə özlərini idarə edə bilmirlər? İnanıram ki, tədbirdəki ləyaqət sahibi insanların çıxışlarından sonra sosial şəbəkələrdə çox ciddi dəyişikliklər meydana gələcək. Mənim narazılığım xaricdən səslənən azərbaycanlılaradır. Vətən elə bir şeydir ki, hara getsən də, sonra o nöqtəyə qayıdacaqsan və orada sənin atalarının, analarının, babalarının qəbirləri var. İndidən biləsən ki, o qəbirlər heç vaxt səni bağışlamayacaq. Qəbrin bağışlamadığı insan insan deyil”, - C.Məmmədli bildirib.
***
***
Millət vəkili Çingiz Qənizadə bildirib ki, illərdir ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır:
“Müharibə deyəndə, ilk olaraq biz silah-sursat, döyüş qavramını başa düşürük. Ancaq sən demə, ölkəmizə bir vətəndaş müharibəsi də gedirmiş. Biz özümüz bəlkə də bunu hiss etmirik. Amma bu gün sosial şəbəkələrdə gedən bu müharibə əslində, vətəndaş müharibəsidir, tərəfləri ikiyə bölüb. Hər iki tərəfddən bir-birinə söyüş, təhqir və böhtanlar yağdırılır. Əvəzində isə əxlaqımız korlanır”.
Ç.Qənizadə bu halların qarşısının alınması üçün ciddi addımlar atılmamasından təəssüfləndiyini bildirib:
“Vitual dünya hesab olunan sosial şəbəkələrdən son dövrlərdə əxlaqi dəyərlərə sığmayan milli və dini dəyərlərə sığmayan, dilə gətirilməsi, ifadə olunması mümkün olmayan söyüşlərin şahidi oluruq. Söyüş və təhqirlərin baş alıb getdiyi bu sosial şəbəkələrdən müxtəlif yaş qruplarını əhatə edən və müxtəlif sosial statusu olan qadınlar, gənclər, orta məktəb şagirdləri belə istifadə edirlər. Bu cür hallar isə təbii olaraq vətəndaşlarımızın, gənclərimizin tərbiyəsinə, psixologiyasına mənfi təsir göstərir və bu yolverilməzdir. Sanki bilə-bilə əxlaqımızı korlamağa çalışırlar.
Biz istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyə çağırırıq və bu hərəkətləri dayandırmağı tələb edirik”.
***
Mən həmişə söz azadlığının tərəfində olmuşam və olacağam. İnternet də təbii ki, azadlıq məkanıdır. Təxminən 20 il bundan öncə biz bu söhbətləri apara bilməzdik. İstəsək də, istəməsək də internetin əhatə dairəsi genişlənib və deyirlər ki, 30-40 ildən sonra biz hamımız orada yaşayacağıq.
Bunu xalq yazıçısı Çingiz Abdullayev Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxışında deyib.
“Bu zalda bir nəfər durub söyüş söysə, biz ona necə baxacağıq? Ən azından onu bu zaldan çıxaracağıq. İnternetdə söyüş söyənlər fikirləşmir ki, İnstaqram, Feysbuk, Tvitter, Teleqram açıq məkandır? Bunu sənin ailən, xanımın, uşaqların oxuyur. Atasının söyüşlərdən istifadə etdiyini bilən uşaq hansı əxlaqla böyüyəcək? Əgər sən çıxıb küçədə söyüş söysən, deyəcəklər ki, bu, xuliqanlıqdır. Amma internetdə baş verəndə deyirlər ki, söz azadlığıdır. Xeyr, bu, söz azadlığı deyil. Hər istədiyini etmək azadlıq deyil. Əsl azadlıq istəmədiyin halda səni məcbur etdikləri şeyləri etməməkdir. Nə gəldi danışmaq dəlilikdir. Xahiş edirik ki, söyüş, təhqir yazanlara senzura qoyulsun”.
***
11:22
Bakıda Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masa keçirilir.
Axar.az xəbər verir ki, tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, xalq artisti Mənsim İbrahimov, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev, jurnalist, tənqidçi İlham Rəhimli və digər ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbirin keçirilməsində əsas məqsəd son dövrlər sosial şəbəkələrdə söyüş, təhqir və böhtan xarakterli çıxışlara qarşı müzakirə aparmaqdır.