16 Sentyabr 2014 14:57
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli İnternet Müsabiqəsi – “Milli Net 2014”-də yeni nominasiyalar nəzərdən keçirilir. “Dövlət və bələdiyyə saytları” nominasiyasının adının dəyişdirilərək “Elektron hökumət” nominasiyası adlandırılması üzərində müzakirələr aparılır.

Teleqraf.com xəbər verir ki, bununla yanaşı, Qarabağla bağlı saytlara aid ayrıca nominasiya təklif edilir. Həmçinin “Mobil tətbiq”lərlə bağlı da yeni nominasiyanın daxil edilməsi müzakirə olunur.

Milli İnternet resursların 3 istiqamət üzrə qiymətləndirilməsini həyata keçirən “Milli Net 2014” Münsiflər Komissiyasına da yeni namizədlər irəli sürülür.

“Milli Net 2014” Müsabiqə qaydalarında hər hansı ciddi dəyişiklik gözlənilmir. Yalnız hazır sistemlər üzərində qurulan internet resursların texniki-texnoloji istiqamət üzrə qiymətləndirilməsində müəyyən dəyişikliklər edilməsi ilə bağlı Təşkilat Komitəsində və Münsiflər Komissiyasında müzakirələr aparılır.

İlhamə


Müəllif:

Oxşar xəbərlər