17 Sentyabr 2014 10:02
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində Azərbaycanda 3 günlük beynəlxalq seminar öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, "Qafqaz Point" mehmanxanasında baş tutan tədbirdə Qazaxıstan, Türkiyə və Özbəkistandan olan ekspertlər, turizm şirkətləri və media təmsilçiləri ilə yanaşı, Azərbaycanın dövlət və özəl qurumlarının nümayəndələri, həmçinin, müvafiq sahələri təmsil edən ekspert, alim, tələbə və yerli kütləvi informasiya vasitələri iştirak edirlər.

Seminarın açılış mərasimində Layihə haqqında geniş məlumat verilib.

Tədbirin 3-cü günündə tədbir iştirakçılarının Şamaxı və Ağsu rayonlarına səfəri planlaşdırılır. Səfər zamanı bu bölgələrin arxeolji və turizm potensialı barədə məlumatlar veriləcək, "Ağsu" arxeolji-turizm kompleksində təşkil olunacaq yekun iclasda yaradılacaq yeni birgə turizm məhsulu üzrə razılaşma əldə olunacaq.

Qeyd edək ki, Layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması və ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

Oktyabr ayında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli turizmə və ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdən ibarətdir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər