17 Sentyabr 2014 10:20
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Microsoft” korporasiyası “iPhone”, “iPad” smartfon modelləri, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular və “Windows” əməliyyat sistemli planşet kompüterlərlə uyğunluq təşkil edən 10 millimetrlik universal mobil klaviatura təqdim edib.

İstifadəçilər simsiz klaviaturaya müxtəlif əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən üçədək qurğunu qoşaraq onlar arasında qurğunun sağ küncündə yerləşən düymə ilə keçid edə bilərlər. Qurğu “Windows 8”, “iOS 6”, “Android 4” platformalarına və onlardan sonrakı versiyalarla uyğundur və “Bluetooth” vasitəsilə qoşulur.

Eyni zamanda, klaviatura hazırda “Microsoft”un mobil platformasının “Bluetooth Human Interface Device” protokolunu dəstəkləmədiyinə görə “Windows Phone” mobil əməliyyat sistemli smartfonlarla işləmir. Bundan başqa, klaviatura sensor düymələri dəstəkləmir.

Qurğunun əlavə enerji toplamaması şərtilə 6 ay istifadə üçün kifayət edəcək. Həmçinin 10 dəqiqəlik internetə qoşulma akkumulyatorun 8 saat ərzində işini təmin edir.

Klaviatura qoruyucu qapaq və istifadəçi qurğusu üçün altlıq ilə təchiz edilib. Qapaq örtülən zaman qurğu sönür. Klaviaturada istifadəçini qurğunun ekranına yönəldən “Geriyə” düyməsi də yer alıb.

Qurğu cari ilin oktyabrında qiyməti 80 dollara olmaqla qara və bozumtul rəngdə satışa çıxarılacaq. İlk vaxtlar qurğunu ABŞ və Kanadada almaq mümkün olacaq.

İlhamə


Müəllif: