17 Sentyabr 2014 15:40
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Yasamal rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdən öncə M.Qurbanlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı İ.Mehdiyev M.Qurbanlının Yasamal rayonunun dini icmaları ilə görüşünün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov çıxış edərək bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib. O qeyd edib ki, müxtəlif dini konfessiyaların yaşadığı bölgədə icmalar arasında tolerant münasibətlər mövcuddur.

M.Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran natiq, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir”.

M. Qurbanlı bildirib ki, Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları bu gün dini icmalarımızın əsas xətti olmalıdır.

Çıxış edən din xadimləri son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini ifadə etmiş və xüsusən yas mərasimlərindəki israfçılığın aradan qaldırılması istiqamətindəki tövsiyələrə dəstək nümayiş etdiriblər.

Sonda M.Qurbanlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər