17 Sentyabr 2014 20:32
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunda sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilir.Bu barədə KİV nümayəndələrinə açıqlamasında məlumat verən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək,vahid rüblük hesabatla əvəz edilməsi nəzərdə tutulur.

DSMF sədri diqqətə çatdırıb ki, Fonda təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilikbir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcəkdir.
E.Mehdiyev əhaliyə və sığortaedənlərə göstərilən xidmətlərin keyfiyyətinin daim yaxşılaşdırılmasının əsas prioritet olduğunu qeyd edərək, növbəti inkişaf mərhələsində fərdi uçot sisteminin daha da təkmilləşdirilməsi istiqamətində islahatların davam etdiriləcəyini vurğulayıb.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 1 yanvar 2006-cı il tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.


Müəllif:

Oxşar xəbərlər