3 Noyabr 2019 17:16
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Baş Şirvan kollektorunda reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli Teleqraf.com-a bildirib ki, Baş Şirvan kollektorunda keçirdiyimiz reyd zamanı ərazi qadağan olunmuş balıq ovu vasitələrindən, sintetik torlardan təmizlənib, toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilib.

Bu cür tədbirlər bütün su hövzələrində davam etdiriləcək.

K. Kərimli qeyd edib ki, qadağan olunnuş alətlərlə balıq ovlanması balıqların kökünü kəsməyə yönələn amansız bir vasitədir.

"Amma çox sevindiricidir ki, artıq vətəndaşlar, su hövzələrinin ətrafında yaşayan təbiətsevərlər də çağırışlarımıza qoşularaq bizə dəstək verməyə başlayıblar. Lakin bu tədbirlər davamlı olmalıdır və hamımız birgə mübarizə aparmalıyıq.

Bir daha müraciət edirik ki, brakonyerlik edən qonşularınızı, yaxınlarınızı bu qəddar əməllərdən çəkindirəsiz. Bu bir cinayətdir, bağışlanılmaz hərəkətlərdir"


Müəllif: Teleqraf.com