Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzi və Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon İcra Hakimiyyətində “Əhalinin Mülki Müdafiə üzrə hazırlığının təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon İcra Hakimiyyətinin, bələdiyyə, idarə və təşkilatların rəhbərlərinin, sahibkarların iştirakı ilə keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti, struktur bölmələri, fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması və respublikada Mülki Müdafiə sistemi haqqında məlumat verilib.
Sonra tədbir iştirakçılarına yanğın təhlükəsizliyi, ilkin yanğınsöndürmə cihazları haqqında slaydlar vasitəsilə ətraflı məlumat verilərək Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur bölmələri ilə bağlı video-çarx nümayiş etdirilib.
Sonda mövzu ətrafında geniş müzakirə aparıldı, tədbir iştirakçılarının sualları cavablandırılıb.
İlhamə