7 Noyabr 2019 14:32
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlarda haqlı olaraq belə bir fikir formalaşıb. Burada haqsızlıq görmürəm.

Teleqraf.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “İnsanlarda “Azərsu” gəldi qazdı, getdi. Qazdığı yerləri asfaltlamır fikri formalaşıb. Bununla bağlı nə deyə bilərsiniz” sualına cavab olaraq bildirib.

O qeyd edib ki, “Azərsu” baş vermiş qəzanı aradan qaldırmaq üçün mütləq həmin yeri qazmalı və təmir işləri aparılmalıdır:

“Bunun başqa yolu yoxdur. Mütləq qazılmalıdır. İlk növbədə məsuliyyət bizim üzərimizdədir, Amma “Azərsu” yolu qazdı, təmir etmədi və getdi” fikri də düzgün yanaşma deyil. Nəzərə alın ki, bizim asfalt zavodumuz yoxdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz 2-3 kvadratmetr yer qazırıq, sonra onun bərpası üçün bir neçə gün vaxt lazım olur. Agentliyin də o imkanı yoxdur ki, biz deyən kimi gəlib ərazini asfaltlasın. Bununla belə biz ərazinin bərpası üçün vaxtın minimuma endirilməsi ilə bağlı işlər görürük. Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal maşınlar alıb”.


Müəllif: Səxavət

Oxşar xəbərlər