9 Noyabr 2019 11:02
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, qərarla “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında”ın 1.4-cü bəndi yeni redaksiyada verilib.

Yeni dəyişikliyə əsasən, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

Qərarın bundan əvvəlki variantınad qeyd edilmişdi ki, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.


Müəllif: Teleqraf.com