12 Noyabr 2019 16:55
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsinin daha da artmasının şahidiyik. 2020-ci ilin dövlət büdcəsi müstqəiliyimiz tarixində ən böyük büdcədir. Sosial sahəyə ayrılan vəsait büdcənin çox böyük hissəsini əks etdirir. Bu baxımdan büdcəni sosial büdcə adlandıra bilərik”.

Teleqraf.com-un xəbərinə görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Bəzi qüvvələrin ölkəmizin inkişafını gözü götürmədiyini deyən S. Novruzov söyləyib ki, onlar Azərbaycanın digər ölkələr kimi ağır vəziyyətdə olmasını, başqa dövlətlərin əlinə baxmasını istəyirlər: “Burada oturan deputatların hər biri büdcəni müzakirə edir, öz dairələrdə, təmsil olunduqları ərazidə problemlərin həllini təklif edirlər. Bir qrup isə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket edir. İndi onlardan soruşmaq lazımdır ki, onlar xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?”

Deputat deyib ki, ictimai qarışıqlıq yaratmaq, asayişi pozmaq, seçkilərə mane olmağın nəyə xidmət etdiyi bəllidir: “Əgər onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, onda başa düşülən olardı. Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Qarabağın adını çəkməyənr insanlar gedib piket keçirirlər. Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil müəssisələrinin işi pozulub”.

S. Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti, hökuməti görülən işləri hərtərəfli təqdim edir: “Əgər hər hansı məsələ ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb olan heç nə tapa bilmirlər. Orataya iqtisadçı çıxararaq, terminlərlə nəsə demək istəyirlər. Amma onların bücədən başları çıxmır”.

YAP icra katibinin müavini çıxışı zamanı bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladaraq, siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib.


Müəllif: Cavad