18 Sentyabr 2014 15:09
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündən sonra Azərbaycan zəvvarları Həcc ziyarətinə yola düşəcəklər.

Qafqaz Müsəlmanları İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, ilk reys sentyabrın 23-dən 24-ə keçən gecə, saat 01.40 dəqiqədə həyata keçiriləcək.

Artıq Səudiyyə Ərəbistanında zəvvarlarımızın bütün təşkilati məsələləri həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və otellər icarəyə götürülüb, zəvvarlarımızın nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həllini tapıb.

Ziyarətə gediş reysləri yalnız hava yolu ilə Səudiyyə Ərəbistanına məxsus “Nas” milli aviaşirkəti tərəfindən Bakı-Ciddə marşurutu üzrə, qayıdış reysləri isə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrlə həyata keçiriləcək.

Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərində nəzərdə tutulub.

Bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşəcək. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər