14 Noyabr 2019 12:32
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinə müəyyən borcumuz var. Onun aradan qaldırılması üçün tədbirlər görürük. Bir neçə il bundan qabaq borcla bağlı problem yaranmışdı. Bu il isə istilik mövsümü vaxtında başlayacaq. Ancaq borcun ödənilməsi üçün tədbirlər görülür. Bu borcun mövcudluğunun abonentlərə heç bir təsiri olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Mirzəliyev bildirib.

O qeyd edib ki, “Azəristiliktəchizat”ın borcu yalnız “Azəriqaz”adır. Qurumun başqa hər hansı dövlət təşkilatına borcu yoxdur.

Sədr müavini onu da bildirib ki, istilik sisteminə qoşulmayan 300-ə yaxın binalar əsasən, Nərimanov və Nəsimi rayonlarında yerləşir:

“Həmin binalarla bağlı problem ondadılr ki, onlar reqistir tipli binalardır. Belə binalarda da istilik sisteminin bərpası mümkün deyil”.


Müəllif: Səxavət

Oxşar xəbərlər