14 Noyabr 2019 13:05
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bizim fəaliyyətimiz əsasən, iki istiqamətdə qurulub. Bunlardan biri isti suyun, digəri istiliyin verilməsidir. İstilik üçün 15 qəpik müəyyən olunub. İsti su tarifləri isə tənzimləmədən çıxarılıb. Yəni, isi su verən müəssisələrin özləri bu tarifi müəyən edirlər.

Teleqraf.com xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev bildirb.

O qeyd edib ki, səhmdar cəmiyyəti tariflərin artırılması ilə bağlı müraciət etməyib. Tarif mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərimiz var. Amma bu tarifin artırılması anlamına gəlmir”.

İlham Mirzəliyev yığımlardan da danışıb. Qeyd edib ki, bu gün yığım səviyyəsi yüksək – 90-100 faiz civarındadır:

“Əhalinin borcları əsasən, əvvəlki illərə aiddir”.

İ.Mirzəliyev əlavə edib ki, borcu olan abonentlərə istilik verilməsindən imtina edilməsi mümkün deyil:

“Yalnız danışmaq, borcun ödənilməsinə inandırmaq olar. Son çıxış yolu məhkəməyə müraciətdir. Başqa yol yoxdur”.

Sədr müavini bəzi yeni tikililərin istiliklə təchiz olunmamasının səbəbinin onlarda qoşulmanın nəzərdə tutulmaması ilə bağlı olduğunu deyib. Əlavə edib ki, həmin binalarda fərdi kombi sistemi quraşdırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər