20 Noyabr 2019 21:23
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, 20 noyabr 1991-ci il tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni hərbi dəstələrinin açdığı atəş nəticəsində içərisində Azərbaycanın yüksək vəzifəli şəxslərinin olduğu mülki helikopter qəzaya uğradı. 22 nəfər həlak olanların içərisində digər müttəfiq respublikaların nümayəndələri də var idi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, bu hadisə Dağlıq Qarabağ probleminin həllini daha da ağırlaşdırdı:

“Hələ də mövcud olan SSRİ rəhbərliyi hadisənin açıq araşdırılmasına maksimum səy göstərdilər. Qarakənd faciəsi problemin həllinin ancaq dövlət müstəqilliyimizin bərpa edilməsində, böyük siyasi və idarəetmə təcrübəsi olan Heydər Əliyevin böyük siyasətə qayıtmasında və Ermənistanın torpaq iddiasına qarşı düşünülmüş siyasət yeridilməsində olduğunu ortaya qoydu”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər