Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nə helikopteri, nə təyyarəsi, nə yaxtası var. Ən aşağı büdcəsi olan dövlət qurumlarından biridir.
Teleqraf.com xəbər verir ki, bunu AQUPDK-nin sədri Hicran Hüseynova Ağdamda vətəndaşlarla görüşə helikopterlə getməsinə dair yayılan məlumata münasibət bildirikən deyib.
O qeyd edib ki, xidməti avtomobili xarab olubmuş: “Maşınım bərbad vəziyyətdə olduğu üçün hərbçilərdən xahiş etdim ki, məni də aparsınlar. Mən hərbi helikopterlə getmişəm. Bu, təhlükəli bir gediş idi, komfort gediş deyildi. İstərdim ki, siz bunu başa düşəsiniz.
Həmin görüşdə 20-dan çox vətəndaşı qəbul etdim, 50-dən çox qadını ayrıca dəvət etdim. Mən kefə, hansısa kurorta getməmişəm. Bunu dərk etmək lazmıdır. Ora avtomobilə getməyə sərf etdiyim 5 saatı vətəndaşlarla ünsiyyətə sərf etdim. Məsələ bundandır”.