Ombudsman seçilməyim mənim üçün böyük şərəfdir. Ombudsmanlığa namizədliyimi təqdim etdiyi üçün Zati-ailələri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə yeni ombudsman seçilən Səbinə Əliyeva çıxışı zamanı deyib.
Yeni ombudsman namizədlər içərisində ona səs verdikləri üçün Milli Məclisin deputatlarına təşəkkürünü ifadə edib.
Səbinə Əliyeva insan hüquqlarının müdafiə olunması üçün səylərimi əsirgəməyəcəyini bəyan edib. O, Ombudsman institutunun inkişafı üçün bütün qüvvəsi ilə çalışacağını bildirib.