30 Noyabr 2019 21:10
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valideynlərin davranışı uşaqlarda ictimai fobiyanın inkişafına səbəb gətirilən psixi pozuntulardandır.

Teleqraf.com xəbər verir ki, ictimai fobiya 10-13 yaş arasında olan uşaqlar arasında geniş yayılıb.

Bu qorxu uşağın sosial mühitdən yayınmasına səbəb olaraq, özünə inamsızlıq və tənqid qorxusu ilə müşayiət olunur.

Eyni zamanda, sosial fobiya uşağın məktəbdəki uğurlarına mənfi təsir göstərir. Bu şəxslərdə qızarma, əl titrəməsi, narahatlıq, qəfil boşalma və tərləmə kimi fiziki simptomları görmək olar. Başqaları ilə tanış olmaq, səlahiyyətli şəxslərlə danışmaq, telefondan istifadə etmək, restoranda yemək, ictimai tualetdən istifadə etmək, qonaqları qəbul etmək, diqqət mərkəzində olmaq, alış-veriş etmək, cəmiyyət qarşısında çıxış etmək qaçırlar.

Uşaqlıqda yaşanan mənfi hallar sosial fobiyanın inkişafına təsirsiz ötüşmür. Həddindən artıq tənqidi rədd edən, soyuq valideyn münasibəti sosial fobiyanın yaranmasına səbəb olur.

Həmyaşıdları tərəfindən müxtəlif səbəblərdən xaric edilmə və ya mühakimə olunma da sosial fobiyanın meydana gəlməsinə təsir edən amillər sırasınddır. Bununla birlikdə, genetik ötürülmənin rolu da mövcuddur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər