10 Dekabr 2019 12:51
224

“EuroHome” tikinti materialları bazarında heç bir təhlükəsizlik siqnalı olmayıb”.

Bunu bazarda mağazası olan sahibkar Seymur Orucov deyib.

Sahibkarın sözlərinə görə, yanğın zamanı ona 150 minlik ziyan dəyib:

“Səhər saat 9-a işləmiş xəbər tutduq ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb”.

O qeyd edib ki, yanğın nəticəsində 100-dən çox mağazaya ziyan dəyib:

“Bazarın yarısının, eləcə də özünün mağazasının sığortası olmayıb. Mağazamda 50-60 min manatlıq nisyə dəftərim də yandığına görə, kimdən nə qədər alacağımı bilmirəm”./report/


Müəllif: Teleqraf.com