8 Yanvar 2020 13:02
2 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 7-də saat 14:56-da Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində həlak olan sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu Ucar rayonunun Alpı kəndindəndir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ucar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, şəhid olan əsgərin 19 yaşı varmış. O, 3 uşaqdan ibarət ailənin sonbeşiyi imiş. Əsgər Fərzəli Fərzəliyevin tərxis olunmasına 3 aydan da az vaxt qalıbmış. O, aprelin 1-dən 30-dək ehtiyata buraxılmalı idi.

Əsgər Fərzəli Fərzəliyevin həlak olduğu gün anası Nigar xanımın doğum gününə təsadüf edib. Yanvarın 10-da isə şəhid sərhədçimizin qardaşının doğum günü qeyd ediləcəkmiş.

Allah rəhmət eləsin!


Müəllif: Səxavət

Oxşar xəbərlər