19 Yanvar 13:41

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə günün birinci yarısı seçicilərlə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, deputatlığa namizəd İmişli rayonuna daxil olan Bəcirəvan, Mirili, Ağcüyür Qaravəlli kəndlərində seçicilərlə bir araya gəlib. Kənd sakinləri Çingiz Qənizadəyə səs verəcəklərini bildiriblər.

Daha sonra seçicilər bəzi problemləri dilə gətiriblər. Deputatlığa namizəd Çingiz Qənizadə növbəti dəfə deputat seçiləcəyi təqdirdə həmin problemləri aidiyyati qurumların diqqətinə çatdıracağını qeyd edib. Həmçinin seçicilər kənddə şülüz probleminin olduğunu da diqqətə çatdırıblar. Çingiz Qənizadə kənd nümayəndələri ilə birlikdə su şülüzünə yerində baxış keçirib. Kənd sakinləri əkin sahələrinə gediş-gəliş üçün dəmir yolu üzərində keçidin qoyulmasını xahiş ediblər. Deputatlığa namizəd ardınca ailə başçısını itirmiş qadının evinə yollanaraq onun məişət şəraiti ilə tanış olub.

Sonda Çingiz Qənizadə seçiciləri fərdi qaydada qəbul edərək onları dinləyib.


Müəllif: Teleqraf.com