25 Yanvar 2020 10:08
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş verən zəlzələ ilə bağlı yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisədən dərhal sonra qurulan “qaynar xətt”lə əlaqə saxlayan aidiyyəti üzrə hökumət qurumlarının təmsilçiləri və KİV nümayəndələri vəziyyətlə maraqlanıblar.

“Qaynar xətt”ə vətəndaş müraciəti olmayıb. Türkiyə tərəfindən zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat verilməyib: "Səfirlik mütəmadi qaydada Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə əlaqə saxlayır. Gün ərzində bölgədə yaşayan və qeydiyyatda olan Azərbaycan vətəndaşlarının siyahısı hazırlanacaq".

“Qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək. Əlaqə nömrəsi: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 20 nəfər ölüb, 1050 nəfər yaralanıb. Böyük həcmdə dağıntı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər