“Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq.
Bu barədə Teleqraf.com-a AZAL-dan bildirilib.
Məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir. Odur ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək.