3 Fevral 2020 11:13
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəyə gətirilən testlər artıq mərkəzə təhvil verilib: “Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılacaq. Azərbaycana kifayət qədər test gətirilib”.

Xatırladaq ki, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə gətirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər