Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan daha bir xəstə dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Teleqraf.com-a verilən məlumata görə, Şəki rayon sakini olan 1977-ci il təvəllüdlü xəstə yanvarın 30-da ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində instituta qəbul olunub.
Müalicələrə baxmayaraq xəstə fevralın 3-də saat 07.30-da dünyasını dəyişib.
Xatırladaq ki, fevralın 2-də adıçəkilən müalicə müəssisəsində 1983-cü il təvəllüdlü Quba rayon sakini də xəstəlikdən dünyasını dəyişib.