Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Sərdar Səfərov BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Faktı “Report”a BŞBPİ-nin Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edək ki, S.Səfərov bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.
***
16:48
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.
Qeyd edək ki, N.Məmmədxanlı bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb./Report/