Masallı rayonu Qızılağac kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 24 kv.m sahədə və içərisinə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından muhafizə olunub.
İlhamə