“Vaxtilə gəmilərdə aşpaz işləməyimi qabardırlar. Yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində çatmışam. Heç vaxt aşpaz işləməyimdən utanmamışam və bunu həmişə, hər yerdə açıq demişəm”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib.
Milyarder sahib olduğu sərvəti həyat yoldaşı hesabına əldə etməsi barədə yayılan iddiaya da cavab verib:
“Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, “Palmali” ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalara sinə gərərək uğurlar əldə etmişik”.