27 Fevral 2020 13:59
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Hava Yolları Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb.

Bu barədə məlumatı şirkətin İdarə Heyətinin sədri İlkər Aycı deyib.

O vurğulayıb ki, koronavirusun yayılması təhlükəsinə görə, Cənubi Koreyanın paytaxtı Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a verilən məlumatda isə bildirilib ki, Türk Hava Yollarının hazırda Naxçıvana uçuşları həyata keçirilmir: “Naxçıvan-İstanbul istiqamətində uçuşlar martın 14-dən etibarən olacaq”./Report/


Müəllif: Teleqraf.com