1 Mart 2020 14:47
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdəki bəzi səhifələrdə fevralın 28-də Daxili İşlər Nazirliyinin inzibati binası önündə bir qrup qadının aksiya keçirməyə cəhd göstərmələri zamanı onlardan birinin guya polis əməkdaşı tərəfindən üz nahiyəsinə xəsarət yetirilməsi barədə əsassız ittihamlar paylaşılır.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, bu iddialar yalan və böhtan olmaqla yanaşı, həm də qərəzlidir:

“Belə ki, AXCP tərəfindən aldadılaraq və istiqamətləndirilərək 10-15 qadın həmin gün razılaşdırılmamış, qanunsuz aksiyaya cəhd göstəriblər. Onlardan bəzilərinin Azərbaycanlı xanıma xas olmayan tərzdə ictimai asayişi mühafizə edən polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmələrinə və əxlaqdan kənar hərəkətlər etmələrinə baxmayaraq polis əməkdaşları dözümlülük və təmkinlilik nümayiş etdirərək öz xidməti vəzifələrini yerinə yetiriblər. Bu zaman xəsarət alan və saxlanılan olmayıb.

O ki qaldı, sosial şəbəkələrdəki səhifələrdə paylaşılan, üzündə xəsarət olan qadının fotolarına, oradan açıq-aydın görünür ki, bu fotolar ya montaj edilib, ya da həmin qadının özünün bilərəkdən və məqsədli şəkildə çəkdiyi makyajdan başqa bir şey deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər