Koronavirusa görə məktəblərdə şagirdlərə sağlamlıqla bağlı araşyış tələb olunması ilə əlaqədar hər hansı qərar qəbul edilməyib.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkələrdə koronavirusla əlaqədar məktəblərdə sağlamlıq arayışı tələb edilməsinə münasibət bildirən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
Mətbuat katibi sosial şəbəkələrdə Göyçay rayonunda 7 saylı tam orta məktəbdə dezinfeksiya işləri ilə bağlı yayılan fotoya da münasibət bildirib:
"Biz o fotonu görmüşük. Məsələ ilə bağlı müvafiq şöbə tərəfindən araşdırma aparılır. Dezinfeksiya işlərini müvafiq qurumlar aparır. Ola bilər ki, bu, həmin xanımın öz təşəbbüsü olub".