26 Sentyabr 2014 15:14
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 11 nömrəli inteqrasiya təlimli internat məktəbində bu uşaqların valideynləri ilə görüşünü nəzərdə tutan maarifləndirmə tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin əsas məqsədi internat məktəbində təhsil alan uşaqların valideynləri ilə görüşmək və uşaqların öz bioloji ailələrinin himayəsinə qaytarılması ilə bağlı valideynlərə müvafiq məsləhətlərin verilməsidir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Aida Seyidli və şöbənin əməkdaşı Fərid Ədilov, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva, Təhsil Nazirliyi uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Tağıyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nəzakət Balabəyova, Uşaq Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin nümayəndəsi Nuriyyə Abbasova, həmçinin 20-dan çox valideyn iştirak edib.

Aida Seyidli qeyd olunan dövlət proqramı çərçivəsində keçirilən tədbirin məqsədindən və əhəmiyyətindən danışıb.

Daha sonra valideynlərin problemləri dinlənilib, onların qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti nümayəndələrlə müzakirələr aparılıb.

Valideynlərə Komitə tərəfindən hazırlanmış və Dövlət Proqramının mahiyyətini özündə əks etdirən bukletlər paylanılıb, eyni zamanda onlara De-institusionalizasiya ilə əlaqəli video-çarx təqdim edilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər