"Azərbaycanda koronavirusa qarşı profilaktika çox yaxşı aparılır. Cənub bölgəsində 3 xəstəxana karantin müəssisəsi kimi istifadəyə verilib. Xəstəxanalarda xüsusi palatalar ayrılıb. Şübhəli xəstələr 14-25 gün müddətində orada müşahidə altında saxlanılır”.
Bunu Teleqraf.com-a açıqlamasında infeksionist-hepotoloq Mərdan Əliyev deyib:
“Nəzərə alsaq ki, gömrükdən keçən hər kəs yoxlanmalıdır. Bədən hərarəti normadan yüksək olanlar karantində saxlanılır. Hesab edirəm ki, Azərbaycanda virusun yayılma ehtimalı yoxdur. Mart ayının sonlarına doğru koronavirusun sönmə ərəfəsidir. Hələ ki 3 nəfər epidemiyaya yoluxub və düşünürəm ki, say artmayacaq”.
Həkim bildirib ki, epidemiyaya görə təşvişə ehtiyac yoxdur: “Yoluxan şəxslərin 81 faizi virusu yüngül formada keçirirlər. Epidemiya sürətlə yayılsa da, mövsümü xəstəlik olan qriplə müqayisədə ölüm göstəriciləri çox azdır.
Əsasən də immunitet sistemi zəif olanlar, xroniki xəstələr, yaşlı insanlar arasında ölüm göstəriciləri çoxluq təşkil edir.
Nisbətən sağlam adamlar arasında ölüm hallarına rast gəlinmir. Sadəcə olaraq qorunmaq, gigiyena qaydalarına əməl etmək lazımdır”.