12 Mart 2020 19:29
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

"Koronavirus (COVİD - 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir", deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər