İngiltərənin "Çelsi" klubunun futbolçusu Kallum Hadson-Odoi koronavirusa yoluxub.
Teleqraf.com Report.az.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, yaxın vaxtlarda 20 yaşlı hücumçu ilə təmasda olanlar karantinə alınacaq.
Bunlara ilk olaraq komandanın əsas heyəti, məşqçilər və klubda çalışanlar daxildir. İngiltərəli oyunçu ilə əlaqəsi olmayan şəxslərin yaxın günlərdə işə qayıdacağı gözlənilir.
Klub futbolçunun sağalmasını arzulayır və onun tezliklə komandaya qoşulacağını gözləyir.
Qeyd edək ki, daha öncə "Arsenal"ın baş məşqçisi Mikel Artetada koronavirus aşkarlanıb.