13 Mart 2020 17:55
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusdan ölən insanların dəfni ilə bağlı heç bir məhdudiyyət yoxdur və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində heç bir məlumat qeyd edilməyib.

Teleqraf.com-un məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

O əlavə edib ki, belə şəxslər ölkənin adət-ənənələrinə uyğun dəfn edilə bilərlər.

Onun sözlərinə görə, səhiyyə işçiləri fərdi mühafizə dəstləri ilə təmin edilirlər.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı əlavə edib ki, gələn həftə Səhiyyə Nazirliyinə növbəti fərdi mühafizə vasitələri təqdim edəcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər