16 Mart 2020 15:18
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib.

MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu Teleqraf.com-a açıqlamasında deyib ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasda İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.

***

11:32

Milli Məclisin (MM) sabah - martın 17-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, toplantıda “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, "Sərhəd mühafizə orqanları haqqında", “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər