26 Mart 2020 23:14
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxma hallarının kütləviliyi nəzərə alınaraq, ölkə üzrə bu məqsədlə 21 xəstəxana ayrılıb.

Teleqraf.com xəər verir ki, bu sözləri Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, xəstəxanalar bütün çatışmayan avadanlıq və tibbi personalla təmin olunur.

Zaur Əliyev Bakıda bu məqsədlə 6, regionlarda 15 xəstəxana ayrıldığını bildirib.

Agentlik rəsmisi vurğulayıb ki, hazırda Azərbaycanda karantində olanların sayı 3 300-dən artıqdır: "Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir. Təəssüf hissi ilə deməliyəm ki, son vaxtlar daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb. İstər xəstəxanalara müraciət edən pnevmaniya diaqnozu qoyulan şəxslər, istər 103 zəng xidmətinə zəng edənlərdən yaxma götürülərək müəyyənləşdirilib ki, daxildə də yoluxma var".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər