29 Mart 2020 22:43
2 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial müdafiəsi ilə bağlı təkliflər hazırlayıb.

O qeyd edib ki, hazırda həmin təkliflərə baxılır və yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək: " Hazırda mətbuatda yazılan məlymatlar dezinformasiyadır, vətəndaşları çaşdırmaq məqsədi daşıyır".

Xatırladaq ki, ilk xəbəri "Modern.az" saytı verib. Məlumata görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər