31 Mart 2020 19:55
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Butov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə başladılan kampaniyaya qoşulub.

BAXCP mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, partiya öz büdcəsindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 000 (üç min) manat vəsait ayırıb. Ayrılan vəsait artıq Fondun bank hesabına köçürülüb.

Xatırladaq ki, BAXCP ilk gündən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dəstəkləyib.





Müəllif: Teleqraf.com

Oxşar xəbərlər