1 Aprel 2020 11:08
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsanların davranışlarına məhdudiyyət qoyulmadıqca, virus daşıyıcısı ola bilərlər. Onlar təkcə özlərini fikirləşirlər. Başa düşməlidirlər ki, potensial yoluxdurucu ola və bu, ağır fəsadlara gətirib çıxara bilər. Bu virus təkcə biri-biri ilə təmasda olduqda yayılmır, eyni zamanda əşyalar üzərində də qala bilər".

Bunu Telerqaf.com-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə ki, koronavirusun yayılmasının qarşısını almaq üçün ən vacib şərt məhdudiyyətdir:

"Məhdudiyyətin həyata keçirilməsi xofla olmur. Maarifləndirici məsələlərlə məşğul olmaqla yanaşı, dezinfeksiya işlərini də aparmaq və qərargahın tövsiyələrinə əməl etmək lazımdır. Azərbaycan vətəndaşı qanunsevər olmasına baxmayaraq, məsuliyyətsiz insanlar da çoxdur. Paralel olaraq işini davam etdirəcək sturukturların siyahısı tərtib edilib. Həmin şəxlərin işləməsi, küçəyə çıxmasında məhdudiyyət yoxdur".

Arzu Nağıyev hesab edir ki, Azərbaycan bir xarici ölkələrlə müqayisədə vaxtında məhdudlaşdırılmış rejimə keçib: "Əks halda bu, çox ciddi fəsadlara gətirib çıxara bilərdi. Heç kim tam şəkildə zəmanət verə bilməzdi ki, virusun yayılmasının qarşısını almaq mümkün olacaq.

Daşıyıcı və virusa yoluxa biləcək şəxs arasında elə bir vəziyyət yaranmışdı ki, bu məsələlərin qarşısı alınmalı idi. Burada humanizmlə peşəkarlığı səhv salmaq olmaz. Bu virus nə humanizmə, nə də peşəkarlığa baxır. Həmişə insan haqlarından danışan, demokratiyadan söz açan Almaniya, Fransa kimi dövlətlər tam məhdudiyyətlə işləyirlər.

Hətta cərimələr, məhdudiyətdən doğan zərurət də Azərbaycanla müqayisədə qat-qat sərt tətbiq edilir. Lakin İtaliya, İspaniya kimi vaxtında tədbir görməyən dövlətlərin gəlib çıxdığı nəticə göz qarşısındadır. Bu virusa yoluxanların sayı həndəsi silsilə ilə artır".

Millət vəkili xaricdə olan tələbələrimizin, vətəndaşlarımızın ölkəyə gətirilməsinin düzgün addım olduğunu vurğulayıb: " Xaricdə universitetlər, iş yerləri bağlandı. Elə vətəndaşlarımız var idi ki, onların maddiyyata belə ehtiyacları yarandı. Dövlətin bu addımı zərurətdən doğdu".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər